Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov və Milli məclisin deputatı Tənzilə Rüstəmxanlı "lin Qızıl Adamları" mükafatına laiq görülüblər.
20-ci Beynəlxalq İpək Yolu İlin Qızıl Adamları Mükafatlandırma Mərasimi İstanbulun Bostancı qəsəbəsindəki Green Park Otelində 12 ölkədən uğurlu şəxslərin və hörmətli qonaqların iştirakı ilə keçirildi.
Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr, Albaniya, Rumıniya, Belçika, Almaniya, Monteneqro, ABŞ və Rusiyadan iş adamları ilə yanaşı, siyasət, diplomatiya, akademik dairələr, incəsənət, ədəbiyyat, idman, media və iş dünyasının nümayəndələrinin qatıldığı mərasim müxtəlif ölkələr arasında dostluq və əməkdaşlığı artırmağı hədəfləyir. İpək Yolu İctimai Diplomatiya Təşkilatı və Beynəlxalq Türksoy və İpək Yolu Jurnalı tərəfindən təşkil edilən mərasimdə həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şərəfinə yazılmış kitabın təqdimatı da keçirildi.
İlin Qızıl Adamları Mükafatlandırma Mərasiminin 20-ci ildönümünu tədbirində müxtəlif ölkələrdən diplomatlar, parlament üzvləri, peşəkar təşkilatların və vətəndaş cəmiyyəti təşkilatlarının prezidentləri, müxtəlif ölkələrdən iş adamları, akademiklər, mədəniyyət və incəsənət xadimləri və media dünyasından tanınmış adlar iştirak edib.
İlin Qızıl Adamları mükafatına layiq görülənlər arasında Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov və Milli məclisin deputatı Tənzilə Rüstəmxanlı da vardı.
Mərasimlə bağlı İpək Yolu İctimai Diplomatiyasının rəhbəri və Türksoy və İpək Yolu Jurnalının sahibi Dr. Seyfullah Türksoy tədbirin açlışında Bu il 20-ci dəfə keçirilən və artıq ənənə halını almış mərasimlərin müxtəlif ölkələr arasında dostluq və əməkdaşlığın inkişafına töhfə verməyə davam etdiyini bildirdi.