24.02.2024 cü il tarixində Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının(EAPCA) təsis konfransı Azərbaycanın Avropa İttifaqı yanında ve Brüsseldəki səfirliyində baş tutub. Təsis konfransında diaspora rəhbərləri, siyasətcilər, diplomatlar ve jurnalistlər iştirak ediblər. Azərbaycanın Avropa İttifaqı yanında ve Brüsseldəki fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov qonaqları salamlayıb.
Qurumun təşəbbüs qrupunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin Fəxri prezidenti Sahil Qasımov çıxış edərək yeni təsis olunan təşkilatın əhəmiyyətindən danışıb.Təsis konfransında çıxış edən diaspora nümayəndələri Avro-Atlantik məkanında siyasi müstəvidə fəaliyyət göstərəcək yeni quruma uğurlar arzu ediblər.
Konfransın sonunda qurumun İdarə Heyəti və rəhbəri seçki yolu ilə 5 il müddətinə seçilərək EAPCA təşkilatını təsis ediblər. Sahil Qasımov Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının Baş Katibi seçilib.