İSTAD-İSTANBUL

İSTAD-İSTANBUL

İSTAD-İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyində (İSTAD)  görüş.

07 mart 2024-cü il tarixində Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurasının (EAPCA – Euro-Atlantic Partnership Council of Azerbaijanis) Baş katibi Sahil Qasımov Türkiyəyə işgüzar səfər etmişdir.

Səfər çərçivəsində Sahil Qasımov İstanbulda fəaliyyət göstərən STAD-İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İSTAD) Mərkəzini ziyarət etmiş və dərnəyin üzvləri ilə görüş keçirmişdir.

Görüş zamanı Sahil Qasımov Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurasının fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirmişdir ki, EAPCA-nın təsis edilməsinin əsas məqsədlərindən biri Avro-Atlantik coğrafiyasında fəaliyyət göstərən Azərbaycan və Türkiyə təşkilatlarının fəaliyyətlərinin koordinasiyasını təmin etmək, son zamanlar Qərb dövlətləri tərəfindən Azərbaycan və Türkiyəyə qarşı artan təzyiqlərə qarşı birgə mübarizə aparmaq və lobbiçilik fəaliyyətlərini gücləndirməkdir.

İSTAD-ın rəhbəri Səfər Karakoyunlu, görüş zamanı EAPCA-nın fəaliyyətini yüksək qiymətləndirmiş, təşkilatın baş katibi Sahil Qasımağa təşəkkür edərək ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

  • Paylaş

admin