EAPCA-Türkiyə səfəri

  • Home
  • EAPCA-Türkiyə səfəri

EAPCA-Türkiyə səfəri

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının (EAPCA) baş katibi Sahil Qasımovun rəhbərliyi ilə qurumun Belçika, Almaniya, Finlandiya, Azərbaycan və Türkiyə təmsilçilərindən ibarət nümayəndə heyəti qardaş Türkiyəyə səfər edib.

Səfər çərçivəsində Ankarada nümayəndə heyəti bir neçə görüş keçirib. Türkiyə Böyük Millət Məclisində TBMM-in bir neçə komissiyasına rəhbərlik edən nazir Vedat Bilgin, TBMM Baş katib Talip Uzun, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və Türkiyə İctimai Diplomatiya Departamentinin rəhbəri Oğuz Güner ilə baş tutan görüşlərdə EAPCA haqqında geniş məlumat verilib, qardaş Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Şuranın Avropa ölkələrindən olan təmsilçiləri çıxışlarında öz təşkilatları və lobbiçilik fəaliyyətləri barədə danışıblar, Azərbaycan və Türkiyə təşkilatlarının birgə fəaliyyətlərinin önəmini diqqətə çatdırıblar.

Qurumun Turkiyə səfəri Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Prof. Dr. Aygün Attar ilə əməkdaşlıöı çərçivəsində həyata keçirilmisdir.

 

 

  • Paylaş

admin