Belçkada Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
24.02.2024 cü il tarixində Belçikanın paytaxtı Brüsseldə azərbaycanlıların yeni beynəlxalq transmilli lobbiçilik strukturu olan Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Surasının(EAPCA) baş katibi Sahil Qasımovun təşkilatçılığı, Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyinin eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin dəstəyi ilə Belçikanın ictimai və dövlət tədbirlərinin keçirildiyi əsas tarixi məkan kimi tanınan Konqres sütunu” memorial kompleksi önündə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Mərasimdə Avropanın müxtəlif diaspor təşkilatlarını təmsil edən konfrans nümayəndələri, Azərbaycanın Belçikadakı səfirliyinin, dövlətimizin NATO-dakı missiyasının, Belçika Müdafiə Nazirliyinin və bu ölkənin Veteranlar Birliyinin əməkdaşları, ictimai xadimlər, eləcə də Belçikanın yerli əhalisindən olan, Azərbaycan xalqına həmrəyliyini bildirməyə gələn vətəndaşlar iştirak edirdilər.