EAPCA-MÜRACİƏT

EAPCA-MÜRACİƏT

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) BMT Baş katibliyinə rəsmi müraciət ünvanlayıb.

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA)Baş katibi Sahil Qasımovun imzaladığı müraciətdə EAPCA-nın quruluş tarixi, strukturu və yaranma məramı haqqında geniş məlumat təqdim edilib.
Məlumat BMT ilə yanaşı, rəsmi müraciətini digər beynəlxalq təşkilatlara, o cümlədən Avropa Parlamenti, BMT-nin Cenevrə Ofisinə, UNESCO, ATƏT və bir çox digər nüfuzlu qurumlara da ünvanlamışdır.

Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurasının (EAPCA) Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyinə Əməkdaşlıq Təşəbbüsünə dair Rəsmi Müraciəti

 Hörmətli BMT nümayəndələri,

Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurası (EAPCA) –Avro-Atlantika məkanında rəsmi qeydiyyatdan keçmiş Azərbaycan icmalarının fəaliyyətini koordinasiya edən beynəlxalq transmilli lobbiçilik və tərəfdaşlıq strukturudur.

Təşkilatımız Niderland Krallığında dövlət qeydiyyatına alınmış və hüquqi şəxs statusu qazanmışdır. EAPCA-nın əsas məqsədi Avro-Atlantika regionundakı azərbaycanlı diaspor təşkilatlarının fəaliyyətini vahid platforma ətrafında birləşdirmək, eləcə də bu məkanın nüfuzlu beynəlxalq təsisatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq qurumlarla işgüzar və institusional münasibətlər qurmaqdır.

Təşkilatımızın rəhbər heyəti artıq BMT-nin 58-ci sessiyasında, UNESCO-da, Avropa İttifaqı, Avropa Parlamenti və bir sıra Avropa ölkələrinin parlamentlərində və dövlət qurumlarında müxtəlif mövzularda çıxışlar etmiş, rəsmi görüşlər keçirmişdir.

Bu təcrübə EAPCA-nın beynəlxalq səviyyədə əməkdaşlığa hazır və açıq struktur olduğunu göstərir.

Bu məktub vasitəsilə EAPCA olaraq BMT-nin müvafiq strukturları ilə qarşılıqlı faydalı əməkdaşlığın qurulması məqsədi ilə rəsmi niyyətimizi bəyan edir və bu əməkdaşlığın müxtəlif platformalarda davamlı şəkildə inkişaf etdirilməsini arzu etdiyimizi bildiririk.

Sizə fəaliyyətinizdə uğurlar arzulayır, qarşılıqlı dialoq və əməkdaşlıq üçün hazır olduğumuzu bildiririk.

 

Dərin hörmətlə,

Sahil Qasımov

Baş katib

Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurası (EAPCA)

  • Paylaş

admin