EAPCA-nın etiraz bəyanatı

  • Home
  • EAPCA-nın etiraz bəyanatı

EAPCA-nın etiraz bəyanatı

Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurasının (EAPCA) Belçika Nümayəndələr Palatasının Azərbaycana qarşı qətnaməsinə etiraz bəyanatı

Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) Belçika Nümayəndələr Palatasının iyulun 17-də Azərbaycana qarşı qəbul etdiyi birtərəfli və qərəzli qətnaməni qətiyyətlə rədd edib və etiraz bildirib.

EAPCA-nın bəyanatında deyilir:

Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) olaraq Belçika Nümayəndələr Palatasının 2025-ci il 17 iyul tarixində Azərbaycan Respublikasına qarşı qəbul etdiyi birtərəfli və qərəzli qətnaməni qətiyyətlə rədd edir və etirazımızı bildiririk.
Sözügedən qətnamə beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipinə zidd olmaqla yanaşı, Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq səylərinə ciddi zərbə vurur.
Təəssüflə qeyd edirik ki, qətnamədə reallıqlara əsaslanmayan, birtərəfli və manipulyativ məlumatlara istinad edilərək Azərbaycan Respublikasının legitim və beynəlxalq hüquqa uyğun mövqeyi təhrif olunur. Bu cür yanaşma, regionda davamlı sülhün bərqərar olması üçün atılan konstruktiv addımlara xələl gətirir və birtərəfli siyasi mövqe nümayiş etdirir.
Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası olaraq Belçika parlamentinin  məsuliyyətli və obyektiv davranmağa, Cənubi Qafqazda sülh və əməkdaşlığın təşviqinə töhfə verməyə çağırırıq. Eyni zamanda, biz Azərbaycan dövlətinin regionda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş səylərini tam dəstəkləyir və beynəlxalq ictimaiyyəti bu istiqamətdə balanslı mövqe sərgiləməyə çağırırıq.
Avro-Atlantik məkanda fəaliyyət göstərən diaspor təşkilatı olaraq, biz Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını beynəlxalq platformalarda müdafiə etməyə davam edəcəyik.

Sahil QasImov
Baş katib
Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA)

 

  • Paylaş

admin