EAPCA-Təbrik məktubu

EAPCA-Təbrik məktubu

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının(EAPCA) Baş katibi Sahil Qasımov Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Zati Aliləri İlham Əliyev Cənablarına təbrik məktubu ünvanlayıb.

Möhtərəm Cənab Prezident!

İcazə verin, rəhbərlik etdiyim Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) adından və şəxsən öz adımdan Sizə, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda imzalanmış tarixi razılaşmalar münasibətilə səmimi təbriklərimizi çatdırım.

Sizin qətiyyətli siyasi iradəniz, uzaqgörən diplomatiyanız və sarsılmaz prinsipial mövqeyiniz nəticəsində Azərbaycan xalqı üçün mühüm strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin açılması qərara alınmışdır. Bu, ölkəmizin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin bərpası, eyni zamanda regionda genişmiqyaslı iqtisadi əməkdaşlıq və sülhün möhkəmlənməsi istiqamətində mühüm addımdır.

Cənab Prezident! Bu tarixi saziş faktiki olaraq 35 ildən artıq davam edən münaqişəyə son qoydu və uzun illər fəaliyyət göstərmiş, lakin sülh prosesində heç bir nəticə əldə etməyən ATƏT-in Minsk Qrupunun missiyasına son qoydu.

Bundan başqa, 907-ci düzəlişin tətbiqinin dayandırılması, ABŞ-Azərbaycan münasibətlərində yeni strateji mərhələnin başlanğıcını qoymuş və ölkəmizin beynəlxalq müstəvidə ədalətli mövqeyinin tanınmasına mühüm töhfə vermişdir.

Cənab Prezident!

Bu tarixi uğur bütün dünya azərbaycanlıları üçün böyük qürur mənbəyidir. Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının üzvləri Sizin rəhbərliyiniz altında Vətənimizin daha böyük uğurlar qazanacağına əmindir və hər zaman dövlətimizin yanında olduğumuzu bəyan edirlər.

Sizə möhkəm cansağlığı, uzun ömür və dövlət başçısı kimi gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

Sahil Qasımov 

Baş katibi

Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurasının 

  • Paylaş

Arzu Oqtay