EAPCA: BƏYANAT

EAPCA: BƏYANAT

Avro-Atlantik Azərbaycan Tərəfdaşlıq Şurasının Ermənistana silah satışı ilə bağlı Fransaya etiraz bəyanatı ünvanlayıb.

  
Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının baş katii Sahil Qasımovun imzaladığı bəyatatda Avro-Atlantik Azərbaycan Tərəfdaşlıq Şurası Fransanın Cənubi Qafqazdakı çirkin siyasətinin beynəlxalq konvensiyalara zidd olduğunu bəyan edir.
Fransanın qanlıhərbi təcavüz təcrübəsi olan Ermənistana hücum və öldürücü silahlar verməsi,Ermənistanla Fransa arasında hərbi əməkdaşlıq sahəsinin genişlənməsi yeni müharibənin başlanmasını qaçılmaz edir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, xüsusən də Naxçıvan istiqamətində atəşkəsi pozması birmənalı olaraq Fransanın Ermənistana göstərdiyi hərbi-texniki dəstəyin nəticəsidir.
Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Fransa ilə Ermənistan arasında”Caesar” özü yeriyən artilleriya qurğularının alqı-satqısına dair müqaviləninimzalanmasını qətiyyətlə pisləyir və bunu Fransanın Azərbaycana qarşı növbətitəxribatı hesab edir.
Bu cür hallar Azərbaycan və Ermənistan arasında münasibətlərinnormallaşması prosesinə, eləcə də regionda sülh və əmin-amanlığın bərqərar olmasısəylərinə xələl gətirmək məqsədi daşıyır.

  • Paylaş

admin