EAPCA Bəyanat

EAPCA Bəyanat

Avro-Atlantik Azərbaycan Tərəfdaşlıq Şurasının Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfərinə qarşı etiraz bəyanatı

Avro-Atlantik coğrafiyasında fəaliyyət göstərən beynəlxalq transmilli lobbi strukturu olan Avro-Atlantik Azərbaycan Tərəfdaşlıq Şurası Azərbaycanın strateji tərəfdaşı olan bir ölkənin prezidentinin Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olan yolverilməz diplomatik “binokl şousu”na qatılmasını dərin təəssüf hissi ilə qınayırı.

 Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, xüsusilə hələ də Ermənistanın işğalı altında olan Kərki kəndi yaxınlığına Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birlikdə səfəri və Azərbaycan əleyhinə təbliğatda iştirakı, Azərbaycan-Polşa münasibətlərinin mahiyyətinə ziddir. Avro-Atlantik Azərbaycan Tərəfdaşlıq Şurası Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımların dayandırılmasını tələb edir.

Avro-Atlantik Azərbaycan Tərəfdaşlıq Şurası  bəyan edir ki, bu cür hallar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də regionda sülh və sabitliyin bərqərar olmasına yönələn səylərə ciddi xələl gətirir və beynəlxalq hüquqa açıq hörmətsizlik kimi qiymətləndirilir.

 

  • Paylaş

admin