Yüklənir

Tədbirlər


Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurasının (EAPCA) Təsis Konfransı Keçirilib.

24 fevral 2025-ci il tarixində Belçika Krallığının, eyni zamanda Avropa İttifaqının paytaxtı Brüsseldə azərbaycanlıların yeni beynəlxalq transmilli lobbiçilik strukturu olan Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurasının (EAPCA - Euro-Atlantic Partnership Council of Azerbaijanis) təsis konfransı keçirilmişdir. Konfrans Azərbaycanın Belçikadakı Səfirliyinin Böyük zalında təşkil olunmuşdur.