SAHIL QASIMOV
AVRO-ATLANTIK AZƏRBAYCANLILARI TƏRƏFDAŞLIQ ŞURASI BAŞ KATIBI
AVROPA AZƏRBAYCANLILARI KONQRESININ FƏXRI PREZIDENTI
Qasımov Sahil Məmmədyar oğlu 07 aprel 1961-ci ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunda anadan olmuşdur.
1982-ci ilde Rusiya Federasiyasının Volqoqrad Dövlət İnstitutunun tarix-filologiya fakultəsini bitirmisdir.
1992-ci ildə Omsk şəhərinin Cinayət Axtarışı üzrə Ali Məktəbini bitirərərək hüquq ixtisasina yiyələnmişdir. Həmin illərdə Altay vilayetində Marksizm Leninizm Universitetini bitirərək Ali siyasi təhsil almişdir.
1990-cı illərin əvvəllərinde əNiderland Krallığının Amsterdam şəhərində təsis etdiyi “Caspian İnternational” beynəlxalq turizm şirkətinin prezidentidir.
2000-ci illərin əvvəllərində Niderlandda ilk Azərbaycan diaspor təşkilatının təməlini qoymuş və 2004-cü ildə “Azerbaijan Benelux News” qəzetini təsis edərək Avropada ilk Azərbaycan diaspor təşkilatının mətbu orqanı kimi fəaliyyət göstərmişdir.
2006-cı ildə Belcika-Niderland-Luxemburg (Benelux) ölkələrindəki 15 Azərbaycan diaspor təşkilatarını bir araya gətirərək Beniluks Azərbaycanlıları Konqresini (BAK) təsis etmişdir və bu qurumun prezidenti olmuşdur.
2004-2017-ci illərdə Avropa Azərbaycanlıları Konqresinin Vitse prezidenti, I Vitse-prezidenti, 2017-2022 illərdə isə Avropa Azərbaycanlıları Konqresinin prezidenti olmuşdur.
2006-2021-ci illərdə Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olmuşdur.Brüsseldə Avropa Parlamentində ve Avropa Komissiyasinda lobbist kimi akkreditə olunmuşdur.
Diaspor quruculuğu sahəsində xidmətlərinə görə 2011-ci ildə “Tərəqqi” medalı və 2016-ci ilde 3-cü dərəcəli “Vətənə Xidmətə görə” Ordeni, 2019-cu ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi " Yubiley medalı”, 2022-ci ildə "Diaspora fəaliyyətində xidmətlərinə görə" Medalı ilə təltif olunmuşdur.
2020-ci ildə Nyu Yorkda Amerikanın "Dünya Sülh və Əminamanlıq Federasiyasının (FOWPAL) təsis etdiyi “Sülh” mükafatı ilə təltif olunmuşdur.
2024-ci ilin mart ayında Turkiyənin "Ipəkyolu" jurnalinin təsis etdiyi "İlin Altın Adamı" mükafatına layiq görülmüşdür.
2020-ci ilin fevral ayında Nyu Yorkda BMT-nin 58-ci sessiyası çərçivəsində çıxış edərək Xocalı Soyqırım Aktı barədə nümayəndələrə məlumat vermişdir.
Avropa Parlamenti, UNESCO, ATET və muxtəlif Avropa ölkələrinin Parlamentlərində dəfələrlə görüslər keçirmiş və lobbiçilik istiqamətində önəmli addımlar sərgiləmisdir.
Diaspora sahəsindəki fəaliyyətinə görə "Qobustan", "The First" və digər Beynelxalq mukafatlara layiq görülmüşdür.
Diaspor quruculuğu sahəsində çalışdığı 25 il ərzində S.Qasımov özünü səriştəli, işgüzar, bacarıqlı lider kimi göstərmiş, xususi təşəbbüskаrlıq nümаyiş еtdirmiş və bu sahənin peşəkar mütəxəssisi kimi tanınmışdır.
Avropa Azərbaycanlıları Konqresinin xətti ilə keçirilmiş dövlət əhəmiyyətli bir sırа tədbirlərin təşkilаt kоmitəsinin sədri оlmuşdur.
24 fevral 2024 cu ildə Avropanın paytaxtı Brüssel şəhərində Beynəlxalq Transmilli lobbiçilik strukturu olan Avro-Atlantik Azərbaycanlilar Tərəfdaşlıq Şurasını (EAPCA - Euro-Atlantic Partnership Council of Azerbaijanis) təsis edərək bu strukturun Baş katibi seçilmisdir.